PanoramaPark



Sizə Xətai rayonu, Gəncə prospekti 29-30 ünvanında tikilən Panorama Park qapalı yaşayış kompleksində zövqünüzə və istəyinizə uyğun olaraq mənzillər təklif olunur.

Panorama Park yaşayış kompleksi Xəzər dənizi istiqamətində tikilərək Bakı buxtasına birbaşa panorama açılır. Gəncə və Nobel prospektlərinin kəsişməsində yerləşməklə Milli Dənizkənarı parka 15 dəqiqə, hava limanına isə 18 dəqiqəlik bir məsafədə yerləşir . Kompleksimizdə vətəndaşların istəyinə uyğun 1,2,3,4,5 otaqlı mənzillər müxtəlif ölçülərdə və istiqamətlərdə yerləşməkdədir.

Panorama Park yaşayış kompleksini digər komplekslərdən fərqləndirən və üstün xüsusiyyətlər aşağıda göstərilmişdir.



KAMPANIYALAR







ÜSTÜNLÜKLƏRİMİZ



Panorama Park yaşayış kompleksi Gəncə prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşərək öz dəniz mənzərəsi ilə Bakı buxtasına açılır.
Panorama Park yeni keyfiyyət standartları ilə tikilərək münasib yaşayış konsepsiyası ilə dəstəklənir.

> Sağlam gələcək
- Landşaftın abadlaşdırılması
- İdman meydançaları
- Uşaq meydançası
- Uşaq bağçası

> Giriş qruplarının müasir dizaynı
- Məlumat mərkəzi
- Qapılar
- Blok plitələri
- Sensor işıqlar

> Elektrik generatoru
- Xarici işıqlandırma
- Lift

> Yeraltı dayanacaq
- 450 maşınlıq iki mərtəbəli dayanacaq
- Dayanacaq-mənzil konsepsiyası

> Təhlükəsizlik sistemi
- Nəzarət kameraları 24/7
- Mühafizə




Market

Gözəllik salonu

Fitnes

SPA

Dayanacaq

Uşaq bağçası

Uşaq meydançası

Mühafizə kameraları



SATIŞ PLANI


1 otaqlı
layihə
STUDİO 1+1
layihə
2 otaqlı
layihə
3 otaqlı
layihə
STUDİO 2+1
layihə


4 otaqlı
layihə
5 otaqlı
layihə






SATIŞ ŞƏRTLƏRİ



MÖVCUD SATIŞ QİYMƏTLƏRİ
TƏMİRSİZ

YAŞAYIŞ SAHƏLƏRİ

1. Dəniz istiqaməti (1m2)

  • Mərtəbə 1-3       qiymət 1150 AZN
  • Mərtəbə 4-9       qiymət 1250 AZN
  • Mərtəbə 10-15   qiymət 1300 AZN

2. Gəncə pr-i istiqaməti (1m2)

  • Mərtəbə 1-4       qiymət 1080 AZN
  • Mərtəbə 5-10     qiymət 1150 AZN
  • Mərtəbə 11-15   qiymət 1300 AZN

3. Həyət istiqaməti (1m2)

  • Mərtəbə 1-2       qiymət 990 AZN
  • Mərtəbə 3-9       qiymət 1120 AZN
  • Mərtəbə 10-15   qiymət 1180 AZN

4. Zığ və Əhmədli istiqaməti (1m2)

  • Mərtəbə 1-4       qiymət 1150 AZN
  • Mərtəbə 5-10     qiymət 1200 AZN
  • Mərtəbə 11-15   qiymət 1300 AZN

MÖVCUD SATIŞ QİYMƏTLƏRİ
TƏMİRLİ

YAŞAYIŞ SAHƏLƏRİ

1. Dəniz istiqaməti (1m2)

  • Mərtəbə 1-3       qiymət 1450 AZN
  • Mərtəbə 4-9       qiymət 1550 AZN
  • Mərtəbə 10-15   qiymət 1600 AZN

2. Gəncə pr-i istiqaməti (1m2)

  • Mərtəbə 1-4       qiymət 1380 AZN
  • Mərtəbə 5-10     qiymət 1450 AZN
  • Mərtəbə 11-15   qiymət 1600 AZN

3. Həyət istiqaməti (1m2)

  • Mərtəbə 1-2       qiymət 1290 AZN
  • Mərtəbə 3-9       qiymət 1420 AZN
  • Mərtəbə 10-15   qiymət 1480 AZN

4. Zığ və Əhmədli istiqaməti (1m2)

  • Mərtəbə 1-4       qiymət 1450 AZN
  • Mərtəbə 5-10     qiymət 1500 AZN
  • Mərtəbə 11-15   qiymət 1600 AZN

Tək şəxsiyyət vəsiqəsi ilə müştərilərə banka getmədən KREDİT şərtləri ilə mənzillər təklif olunur

İpoteka
— 20 il müddətinə
— 10% ilkin ödəniş
— 10 % illik faiz ( 5.5% effektiv)
— Yalnız şəxsiyyət vəsiqəsi ilə
Daxili kredit
— İlkin ödəniş 30%
— İllik 0%
— 50 ay müddətinə
— İlkin ödəniş 50%
— İllik 0%
— 60 ay müddətinə
— İlkin ödəniş 10%
— İllik 9%
— 60 ay müddətinə

İPOTEKA KREDİT KALKULYATORU


İstiqamət:
* İstiqaməti seçin
Mənzil:
* Mənzili seçin
Mərtəbə:
* Mərtəbəni seçin
Təmir:
* Təmiri seçin
Müddət:
* Müddəti seçin
Daxili kreditlə mənzil əldə edildikdə, mənzilin dəyərinin 50%-i ödənilir və qalan məbləğ 50 aya bölünərək 0 % - lə əldə edilməsi mümkündür.
Standart ilkin ödəniş 10% olmaqla
Mənzilin dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
Ümumi qiymət:
İstədiyiniz ilkin ödənişHesabla
* İlkin ödənişi daxil edin
* İlkin ödənişi minimum 10% olmalıdır
Mənzilin dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
Ümumi qiymət:






SATIŞ KOMANDAMIZ



Satış Direktoru

Ağanur Qardaşov
info@alians.az
(+994 55) 400 27 17


Baş Satış Meneceri

Peyman Atakişiyev
info@alians.az
(+994 55) 400 27 19


Satış Meneceri

Nərminə Quliyeva
info@alians.az
(+994 55) 400 27 37


Satış Meneceri

Mirsəfər Aliyev
info@alians.az
(+994 55) 400 27 16


Satış Meneceri

Emil Ruzanov
info@alians.az
(+994 55) 400 27 21

GƏLƏCƏYƏ BAXIŞ



TƏMİRLİ MƏNZİLLƏRİN NÜMUNƏLƏRİ

CLASSIC STYLE








LOFT STYLE








MODERN STYLE








MODERN LOFT

LAYİHƏNİN GÖRÜNTÜLƏRİ

XƏBƏRLƏR



Binalar üçün dəbli “geyim”: Gözəl görünüş, qənaət, təhlükəsizlik

Yəqin ki, hər bir insan gözəl və rahat mənzil sahibi olmaq arzusundadır. Yeni tikililərdəki mənzillər yalnız rahat planlaşdırılması ilə deyil, həmçinin, olduqca funksional işıqlandırılması ilə fərqlənir. Bu binaların ən yeni tikinti üsulları, müasir mühəndis həlləri sakinlər üçün maksimal rahatlıq və təhlükəsizliyi təmin edir.

Müasir binaların ən mühüm xüsusiyyəti, sözsüz ki, fasaddır. Evin xarici görünüşü tikinti işlərinin keyfiyyəti, tikinti şirkətinin dürüstlüyünü əks etdirir, binanın ümumi üslubunu vurğulayır və istilik izolyasiyasının göstəricilərini təkmilləşdirir.

Misal olaraq tikintisi bitmək üzrə olan “Panorama Park” Yaşayış Kompleksini göstərmək olar. Bu Yaşayış Kompleksi etibarlı və sınanmış bir şirkət olan Alians Development-in layihəsidir. Bu şirkət tikinti texnologiyasına dəqiqliklə riayət etməsi və tikinti materiallarının yüksək keyfiyyəti ilə fərqlənir.

Məhz indi inşaat işçiləri işlərin yekun mərhələsinə, yəni müasir ventilyasiya olunan fasadı qurmağa başlayıb. Bu fasadın üstünlükləri barədə “Panorama Park”-ın layihə direktoru Qəzənfər Hüseynov bizə danışdı

Günəşdən, küləkdən və yağışdan qorunma

Q.Hüseynov qeyd edir ki, ventilyasiya olunan fasadlar müasir tikinti praktikasında ən yaxşı həll hesab edilir. Bu bina üzlüklərinin üstünlüklərini bir çox misalla əsaslandırmaq olar. Onlardan ən vacibi bu üzlüklərin etibarlılığıdır. Hər kəsə məlumdur ki, fasadların işlənməsinin ənənəvi üsullarının istismar müddəti bir neçə ildən artıq deyil. Hətta Bakının mərkəzində hələ də sakinlərin tam yerləşmədiyi, lakin fasadı dağılmış və tökülmüş görünən binalar var.

Bunun səbəbi ondadır ki, binaların xarici divarları daima müxtəlif iqlim amillərinə, temperatur dəyişikliklərinə, günəşə, küləyə, yağışa məruz qalır. Ventilyasiya olunan fasad bu problemi tamamilə həll etməyə imkan yaradır. Bu fasadın təmirsiz istismar müddəti onlarla il təşkil edir.

Onun sözlərinə görə bu növdə xarici üzlük yalnız dekorasiya üçün deyil, həmçinin, qorumaq üçün nəzərdə tutulub.

O deyir ki, ventilyasiya olunan fasad qurulduğu zaman həm binanın divarları, həm istilik sistemi, hətta binanın divarlarına bitişik olan üzlüyün altındakı konstruksiyanın özü də mənfi atmosfer və mexaniki təsirlərdən, nəmdən, rütubətdən və korroziyadan etibarlı şəkildə qorunur.

Ventilyasiya olunan fasadın quraşdırılması prosesi bir neçə mərhələdən ibarətdir. İlk öncə, yuxarıda qeyd etdiyimiz kimi, binanın divarına kronşteyn və daşıyıcı profillərdən ibarət çəpər – üzlük altındakı konstruksiya bitişdirilir. Daha sonra divar və üzlük arasında istilik və nəmi izolyasiya edən xüsusi təbəqə yerləşdirilir. Quraşdırma prosesi elə həyata keçirilir ki, üzlük və istilik və nəmi izolyasiya edən təbəqə arasında ventilyasiya olunan hava ara qatı yaransın. Bundan sonra üzlüyün altındakı konstruksiyanın daşıyıcı elementlərinə dekorativ fasadın detalları bitişdirilir. Bu fasad çəpərləyən konstruksiyadır.

Ən yaxşı tikinti materialları

Q.Hüseynov vurğulayır ki, ventilyasiya olunan fasadın quraşdırılması zamanı tikinti materiallarının keyfiyyətindən də çox şey asılıdır. Alians Development şirkətinin prioriteti müştərilərin təhlükəsizliyi və rahatlığıdır, məhz buna görə, tikintinin bütün mərhələlərində, o cümlədən fasadın quraşdırılmasında dünyanın aparıcı istehsalçılarının tikinti materialları istifadə olunur.

“Panorama Park” Yaşayış kompleksində fasadın quraşdırılması zamanı aşağıdakı materiallar istifadə olunur:

“Gobustone” – hörgü daşları (Azərbaycan) – təbii komponentlərdən hazırlanan alışmayan, odadavamlı temperaturun təsirinə qarşı həssas olmayan material. Material İsveçdə, Finlandiyada və Almaniyada çoxsaylı tədqiqatlardan keçmişdir.

“Technonikol” – daş yunu (Rusiya) – istidən və soyuqdan qoruyan, 80 kq/m3 sıxlığı olan material, binanın dayanıqlılığını və möhkəmliyini artırır.

“DuPont” – istilik izolyasiyası (Amerika) – suyu izolyasiya edən “nəfəs alan” örtük. Bu örtük fasad işləri aparıldığı zaman tikililərin su buxarının tənzimlənməsini və kondensasiyasını təmin edir. Bu izolyasiyaedici örtük yağıntıların, nəmliyin və soyuğun təsirinə qarşı dayanıqlıdır və korroziyadan, nəmlikdən qoruyur.

“U-kon” – alüminium metal konstruksiyalar (Rusiya) – üzlük keramik daşları saxlamağa imkan yaradan betona bitişdirilən metal konstruksiyalar sistemi.

“Gələcəyin Keramikası” – keramika üzlük tavaları (Rusiya) – binaları qışda isti, yayda isə sərin saxlayan oda və rütubətə davamlı üzlük tavalar. Onlar kommunal xərclərə 30%-ə qədər qənaət etməyə imkan yaradır. Bundan başqa, bu tavaların möhtəşəm görünüşü var və onların rəngi solmur. Zəmanət – 50 il.

Təhlükəsizliyi təmin etmək üçün asma fasadlar sisteminə yanğın təhlükəsizliyinə uyğun olan və odun yayılmasının qarşısını alan material və məmulatlar daxil edilir.

Qışda isti, yayda isə sərin

Alians Development şirkətinin ilk öncə tikilən binaların rahat olmasına diqqət yetirdiyinin bir göstəricisi də ventilyasiya olunan fasadların quraşdırılması bina səthlərinin işlənməsinin digər üsullarından olduqca baha olmasıdır. Lakin, bu fasadların istismar müddəti olduqca uzundur və onlar sakinlərə müqayisəedilməz rahatlıq bəxş edir.

Q.Hüseynov qeyd edir ki, ventilyasiya olunan fasadların quraşdırılması binaların maksimal istilik izolyasiyasını təmin edir, bu isə divarlarda xarici və daxili kondensatın yaranmasının qarşısını alır. Bu, enerjinin istifadəsini 30%-ə qədər aşağı salır, qışda istilik itkisini və yayda həddindən artıq qızmanı azaldır”.

Ventilyasiya olunan fasadların əsas üstünlüyü onların səs dalğalarını özünə çəkməsi xüsusiyyətidir.

Ekspert deyir ki, üzlük konstruksiyalar binaların yüksək səs izolyasiyasını təmin edir, bu isə meqapolisdə danılmaz bir üstünlükdür. “Panorama Park” Yaşayış kompleksi olduqca canlı Gəncə və Nobel prospektlərinin kəsişməsində yerləşir. Binanın səs izolyasiyaedici xüsusiyyətləri sakinlər üçün akustik rahat bir mühit yaradır və onlara şəhər mənzilində sakit şəraitdən zövq almağa imkan verir.

Keyfiyyət və rahatlıq

Binaların üzlüyünün təmin etdiyi estetik görünüşü də unutmayaq. Fasad sanki binanın geyimidir, o, evin təkrarolunmaz üslubunu yaratmağa, onu özünəməxsus xüsusiyyətlərlə təmin etməyə imkan verir.

“Panorama Park” Yaşayış kompleksi müasir yaşayış obyektinin bir nümunəsidir. Bu yaşayış kompleksi İSO 9001 standartları üzrə tikilir, bu isə binanın keyfiyyətini və dayanıqlılığını təmin edir. Binanın hər bir mərtəbəsi FHN-nin nəzarət orqanları tərəfindən yoxlanılır. Bina 9 bal zəlzələyə tab gətirə bilər. “Panorama Park” həm möhtəşəm xarici görünüş, həm həyatınızı rahat, təhlükəsiz edəcək müasir mühəndis həlləridir.

“Panorama Park” binalarından Bakı buxtasının möhtəşəm mənzərəsi görünür. Siz istənilən yerdə və istənilən zövqdə, hətta ən tələbkar zövqə uyğun dizayn və təmirdə mənzil və mərtəbələri seçə bilərsiniz.

“Panorama Park”-da rahat yaşayış üçün hər şey var: uşaq bağçası, uşaqlar və böyüklər üçün oyun və idman meydançaları, gecə-gündüz işləyən mühafizə və videokameralar, idman və fitnes zalları, gözəllik salonu, SPA, 450 avtomobil üçün nəzərdə tutulan ikimərtəbəli avtomobil dayanacağı və mağaza. Bütün mənzillər müasir ventilyasiya, su təchizatı və isitmə sistemləri ilə təchiz olunub. Bundan başqa, Alians Development alıcılar üçün sərfəli aksiyalar və kampaniyalar keçirir.


Əlaqə


Ünvanımız

Satış ofisi

Nərimanov rayonu, Atatürk prospekti, Sülh döngəsi №13

Telefon: *2727

Telefon: (+994) 55 400 27 27

Telefon: (+994) 55 400 27 17

Email: info@panoramapark.az

Bizə yazın

PARTNYORLARIMIZ


© 2016 Alians. All Rights Reserved.